...

Su kanalının kənarında top mərmisi tapılıb (FOTO)

Cəmiyyət Materials 14 Mart 2017 15:38 (UTC +04:00)
Ağcabədi rayonunun Avşar kəndində Qarabağ kanalının kənarına baxış keçirilib.
Su kanalının kənarında top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Ağcabədi rayonunun Avşar kəndində Qarabağ kanalının kənarına baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, baxış zamanı 1 ədəd 100 mm-lik yivsiz top mərmisi (3BK-16M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 14 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 987 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 6 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 149 277 kv.m ərazi (457 817 kv.m əl ilə, 288 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 289 960 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti