...

On tələbənin təhsil haqqını "Azər Türk Bank" ödəyəcək

Cəmiyyət Materials 14 Mart 2017 15:50 (UTC +04:00)
Hər il Novruz bayramında korporativ müştərilərini hədiyyələrlə təbrik edən "Azər Türk Bank" bu il ənənəni pozdu.
On tələbənin təhsil haqqını "Azər Türk Bank" ödəyəcək

Bakı. Trend:

Hər il Novruz bayramında korporativ müştərilərini hədiyyələrlə təbrik edən "Azər Türk Bank" bu il ənənəni pozub.

Bankdan Trend-ə verilən məlumata görə, rəhbərliyin qərarı ilə müştərilərə Novruz bayramı hədiyyəsi üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarında oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş 10 nəfər tələbənin bir illik təhsil haqqı ödəniləcək. Qeyd etmək lazımdır ki, Bank tərəfindən atılan bu xeyirxah addımın ikiqat səmərəsi var. Çünki qanunvericiliyə görə, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

"Azər Türk Bank" bu istiqamətdə işləri gələcəkdə də davam etdirəcək, o cümlədən müştəriləri bayramlarda təbrik üçün nəzərdə tutulmuş vəsaiti bundan sonra sosial layihələrin gerçəkləşdirilməsinə yönəldəcək.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti