...

Əkin sahəsində tank mərmisi tapılıb (FOTO)

Cəmiyyət Materials 15 Mart 2017 04:47 (UTC +04:00)
Qazax rayonunda əkin sahəsində tank mərmisi tapılıb.
Əkin sahəsində tank mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Qazax rayonunda əkin sahəsində tank mərmisi tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Qazax rayonun Ağköynək kəndində əkin sahəsinə baxış keçirilib, 1 ədəd 125 mm-lik ZBM-22 tank mərmisi aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 10 kv.m ərazi yoxlanılıb.

(Qazax RPŞ-nin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 14 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 5 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 990 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 7 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 178 337 kv.m ərazi (463 057 kv.m əl ilə, 304 800 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 297 480 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti