...

Tilo Staynbax: Bakı Forumu böyük uğurlar əldə edib

Cəmiyyət Materials 16 Mart 2017 13:01 (UTC +04:00)
V Qlobal Bakı Forumu dünyanın bir çox ölkələrindən müxtəlif fikirli insanların bir araya gəlib təcrübə və fikir mübadilələri aparmaları, təcrübələrini bölüşmələri üçün çox əlverişli bir platformadır.
Tilo Staynbax: Bakı Forumu böyük uğurlar əldə edib

Bakı. Elçin Mehdiyev – Trend:

V Qlobal Bakı Forumu dünyanın bir çox ölkələrindən müxtəlif fikirli insanların bir araya gəlib təcrübə və fikir mübadilələri aparmaları, təcrübələrini bölüşmələri üçün çox əlverişli bir platformadır.

Bunu Trend-ə forumda iştirak edən almaniyalı politoloq Tilo Staynbax deyib.

Bakı Qlobal Forumunda artıq üçüncü dəfə iştirak etdiyini vurğulayan almaniyalı politoloq bildirib ki, forum ilk başlayandan indiyənə qədər böyük uğurlar əldə edib:

“Forumda bir çox ölkələrdən müxtəlif sahələri təmsil edən insanlar, o cümlədən keçmiş və indiki dövlət başçıları, siyasətçilər, ekspertlər iştirak edirlər. Forum başlayandan indiyə qədər öz işini uğurla davam etdirib və inanıram ki, bundan sonra da uğurla davam edəcək”.

Qeyd edək ki, bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti