...

Tovuzda piyada əleyhinə mina zərərsizləşdirilib (FOTO)

Cəmiyyət Materials 16 Mart 2017 15:35 (UTC +04:00)
Tovuz rayonu Alakol kəndində əkin sahəsinə baxış keçirilib.
Tovuzda piyada əleyhinə mina zərərsizləşdirilib (FOTO)

Bakı. Trend:

Tovuz rayonu Alakol kəndində əkin sahəsinə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, baxış zamanı piyada əleyhinə mina (PMN-2) aşkar edilib, məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib.

(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 16 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 991 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 209 812 kv.m ərazi (463 984 kv.m əl ilə, 321 600 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 311 228 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti