...

Buraxılış imtahanlarında iştirak etməyən şagirdlərin nəzərinə!

Cəmiyyət Materials 17 Mart 2017 11:19 (UTC +04:00)
Buraxılış imtahanlarında iştirak etməyən şagirdlər üçün apreldə imtahan keçiriləcək
Buraxılış imtahanlarında iştirak etməyən şagirdlərin nəzərinə!

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il üzrlü səbəbdən ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, eləcə də 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün imtahanlar aprel ayında keçiriləcək.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında deyib.

Dövlət İmtahan Mərkəzinin mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsil alanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirdiyini xatırladan M.Abbaszadə qeyd edib ki, I mərhələdə şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə olunur. Bu formada açıq tipli tapşırıqlar ilk dəfə tədbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq.

M.Abbaszadə deyib ki, DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır. İctimai Şuranın üzvləri DİM-in Direktor Şurası tərəfindən formlaşdırılacaq:

"Proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək, hüquq və vəzifələri izah ediləcək. Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil eksperləri, KİV nümayəndələri anket formasını yükləyərək doldurub [email protected] ünvanına göndərməklə qeydiyyatdan keçə bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar və başqa ödəniş verilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti