...

Məleykə Abbaszadə: Qəbul imtahanlarının dəqiq tarixi məlum deyil

Cəmiyyət Materials 17 Mart 2017 12:18 (UTC +04:00)
Hazırda ali məktəblərə sənəd qəbulu aparıldığından bakalavriatura səviyyəsi üzrə qəbul imtahanlarının dəqiq tarixi məlum deyil.
Məleykə Abbaszadə: Qəbul imtahanlarının dəqiq tarixi məlum deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda ali məktəblərə sənəd qəbulu aparıldığından bakalavriatura səviyyəsi üzrə qəbul imtahanlarının dəqiq tarixi məlum deyil.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında deyib.

Qəbul imtahanlarının dəqiq tarixlərinin hələ müəyyənləşdirilməməsi məsələsinə aydınlıq gətirən M.Abbaszadə bildirib ki, hələ hansı ixtisas qrupuna neçə nəfər abituriyentin sənəd verəcəyi bilinmir:

"Ona görə də bizə vacibdir ki, hamı indidən sənəd versin. Ondan sonra günlər müəyyənləşəcək. Bəlkə hansısa qrupa 5 nəfər, digər qrupa 50 min nəfər sənəd verdi. Biz bunu indidən bilmirik. 5 nəfərin sənəd verdiyi qrup üçün ayrıca gün təyin etmək düzgün olmaz. Ola bilsin, daha az tələbə sayı olacaq və buna görə də hansısa qruplar bir gündə imtahan verəcəklər. Biz hələ bunu bilmirik”.

M.Abbaszadə qeyd edib ki, ümumi şəkildə müəyyənləşdirilmiş imtahan qrafikinə əsasən, bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi aprel ayında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti