...

80 yaşlı keçmiş məhkum: "Cənab Prezident məni nəvələrimə bağışladı"

Cəmiyyət Materials 17 Mart 2017 12:39 (UTC +04:00)
"Cənab Prezident məni nəvələrimə bağışladı".
80 yaşlı keçmiş məhkum: "Cənab Prezident məni nəvələrimə bağışladı"

Bakı. Samir Əli - Trend:

"Cənab Prezident məni nəvələrimə bağışladı".

Bunu Trend-ə Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunmuş 80 yaşlı Səməd Qasımov deyib.

Cəlilabad rayonundan olan S.Qasımov cəzasının 12 ilini çəkib.

O bildirib: "Cənab Prezidentə təşəkkür edirəm! Mənim bu yaşımda etdiyim səhvi bağışladı. Sevincimin həddi-hüdudu yoxdur. 5 ildir nəvələrimin üzünə həsrətəm. Cənab Prezident məni nəvələrimə bağışladı. Bundan sonra nəvələrimi görəcəyimə ümidim yox idi. Amma cənab Prezident bunu mənə bəxş elədi. Allah prezidentimizi və ailəsini qorusun!"

Qeyd edək ki, Prezident İlham Əliyev martın 16-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 423 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 412 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 4 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərin cəzası müvafiq olaraq 25 və 15 il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Əfv olunanlar arasında 40 xarici ölkə vətəndaşı da var. Onlardan 13-ü İran, 6-sı Pakistan, hərəsindən 4 nəfər olmaqla Gürcüstan, Rusiya və Nigeriya, hərəsindən 3 nəfər olmaqla Çin və Türkiyə, 2 Özbəkistan və 1 Ukrayna vətəndaşı var. Həmçinin, əfv olunanlar arasında fəallar Elvin Abdullazadə və Əbdül Əbilov da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti