...

Sabahın havası - paytaxtda duman, çiskin, bölgələrdə yağış, qar

Cəmiyyət Materials 17 Mart 2017 12:51 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabahın havası - paytaxtda duman, çiskin, bölgələrdə yağış, qar

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz qərb rayonlarından başlayaraq yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti