...

Həyətyanı sahədə əl qumbarası tapılıb (FOTO)

Cəmiyyət Materials 17 Mart 2017 15:11 (UTC +04:00)
Ağcabədi rayonu Kəhrizli kəndində ev və həyətyanı sahəyə baxış keçirilib.
Həyətyanı sahədə əl qumbarası tapılıb (FOTO)

Bakı. Trend:

Ağcabədi rayonu Kəhrizli kəndində ev və həyətyanı sahəyə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, baxış zamanı 1 ədəd F-1 əl qumbarası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 17 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 157 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 992 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 235 209 kv.m ərazi (465 217 kv.m əl ilə, 336 700 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 320 292 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti