...

Dünya kubokunda turnikdə hərəkətlər üzrə finalçılar məlum olub

Cəmiyyət Materials 17 Mart 2017 18:18 (UTC +04:00)
Bakıda davam edən idman gimnastikası üzrə Dünya kubokunda turniklə hərəkətlər üzrə yarışlarda təsnifat mərhələsi başa çatıb.
Dünya kubokunda turnikdə hərəkətlər üzrə finalçılar məlum olub

Bakı. Ənvər Məmmədov - Trend

Bakıda davam edən idman gimnastikası üzrə Dünya kubokunda turniklə hərəkətlər üzrə yarışlarda təsnifat mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, finala Yaponiya nümayəndələri Naoto Hayasaka və Şoqi Nonomura, xorvatiyalı gimnastlar Anton Kovaçeviç və Tin Srbiç, fransalı gimnast Edqar Bule, Litva gimnastı Tomas Kuzmikas, avstraliyalı Mitçel Morqans və sloveniyalı Alan Dimiç vəsiqə qazanıb.

Azərbaycanlı gimnast Bense Talas 12.533 xal yığaraq finala çıxa bilməyib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti