...

Macarıstanda Novruz bayramı şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2017 17:11 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyində baharın gəlişi - Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.
Macarıstanda Novruz bayramı şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

Martın 17-də Azərbaycanın Macarıstandakı səfirliyində baharın gəlişi - Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Səfirliyin müşaviri Q.Həsənov iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb və bayramın adət-ənənələri barədə məlumat verib. Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən Q.Həsənov xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasını müsbət məqam kimi qiymətləndirib. O qeyd edib ki, Macarıstanda azərbaycanlı tələbələr ölkəmizin sürətli inkişafının, zəngin mədəni irsinin və əldə etdiyi nailiyyətlərin təbliği istiqamətində fəallıq göstərir, önəmli təşəbbüslər həyata keçirirlər.

Q.Həsənov xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Məclisi tərəfindən mart ayının 21-i tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması və Novruzun 3000 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edildiyi barədə danışıb.

Tədbirdə Azərbaycanın milli şirniyyatlarından ibarət zəngin süfrə açılıb, samovar çayı dəmlənmiş və sonda səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti