...

Bayramdan sonra ilk iş gününün havası - 21°

Cəmiyyət Materials 26 Mart 2017 12:43 (UTC +04:00)
Martın 27-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Bayramdan sonra ilk iş gününün havası - 21°

Bakı. Trend:

Martın 27-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında havanın temperaturunun gecə 5-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 18° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Rayonlarda əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, lakin axşama doğru bəzi dağlıq rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-18°, bəzi yerlərdə 21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti