...

YENİ QƏRAR - Azərbaycanda TV yayımı daha az dayandırılacaq

Cəmiyyət Materials 28 Mart 2017 16:25 (UTC +04:00)
Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika işləri bu il oktyabrın 16-da keçiriləcək.
YENİ QƏRAR - Azərbaycanda TV yayımı daha az dayandırılacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika işləri bu il oktyabrın 16-da keçiriləcək.

Bu barədə özəl olaraq Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu ilin əvvəlində hazırlanmış cədvələ əsasən profilaktika işlərinin ildə 4 dəfə aparılması nəzərdə tutulmuşdu: “Amma, bu işlərin ildə iki dəfə keçirilməsi məqsədəuyğun hesab edilib".

Mənbə qeyd edib ki, ilin birinci profilaktikası fevralın 6-da keçirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti