...

Bu reyslərdə planşet və noutbuklara icazə verildi

Cəmiyyət Materials 29 Mart 2017 22:46 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkəti ABŞ-a uçuşlar zamanı öz sərnişinlərinə pulsuz planşetlər təqdim etməyə başlayıb.
Bu reyslərdə planşet və noutbuklara icazə verildi

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" aviaşirkəti ABŞ-a uçuşlar zamanı öz sərnişinlərinə pulsuz planşetlər təqdim etməyə başlayıb.

Trend-in məlumatına görə, bu addım ABŞ-ın bu ölkəyə gələn təyyarələrdə telefonlardan başqa digər elektron cihazların qadağan olunması qərarına cavab olaraq atılıb.

Bundan başqa, BƏƏ-nin digər aviaşirkəti "Emirates" də ABŞ-a gedən sərnişinlərə uçuş zamanı noutbuk təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Yaxın Şərq və Şimali Afrikanın 10-dək hava limanından gələn reyslərdə telefon və smartfonlardan böyük elektron cihazların təyyarəyə götürülməsini qadağan edib. Qərar martın 25-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti