...

Tovuzda 22 yaşlı qız dəm qazından zəhərlənib

Cəmiyyət Materials 29 Mart 2017 13:13 (UTC +04:00)
Tovuzda 22 yaşlı qız dəm qazından zəhərlənib.
Tovuzda 22 yaşlı qız dəm qazından zəhərlənib

Bakı. Samir Əli - Trend:

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Tovuz rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə martın 29-da səhər saatlarında rayonun Xatınlı kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Abbasova Leyla Zahid qızı evlərində dəm qazından zəhərlənib. L.Abbasova ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti