...

Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti BDU-da olub (FOTO)

Cəmiyyət Materials 30 Mart 2017 14:38 (UTC +04:00)
Bakı Dövlət Universitetində Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti ilə növbəti görüş keçirilib.
Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti BDU-da olub (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti ilə növbəti görüş keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, adıçəkilən liseyin müəllim və şagird kollektivini universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov son illər respublikamızda təhsil sahəsində qazanılan uğurlardan, bu istiqamətdə qardaş Türkiyə ilə ölkəmiz arasında mühüm əlaqələrin yaranmasından bəhs edib. Rektor Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi ilə Heydər Əliyev adına Anadolu texniki-peşə liseyi arasında əlaqələrin yaradılması məqsədilə 2016-cı ildə imzalanmış memorandumu xatırladıb. Bildirib ki, ötən müddət ərzində əlaqələr inkişaf edib, hər iki liseyin nümayəndələri qarşılıqlı səfərlər edib, tədris prosesi ilə tanış olublar. Rektor onu da deyib ki, Serda Erkekin rəhbərlik etdiyi nümayəndə heyəti liseydə olduqları müddət ərzidə müəllimlərin mühazirələrini dinləyib, Azərbaycan və rus dilində keçirilən açıq dərslərdə iştirak edərək şagirdlərin bilik səviyyələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

“Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov nümayəndə heyəti ilə keçirilən görüşlər, o cümlədən yaxın gələcəkdə Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinə nəzərdə tutulan səfər barədə məlumat verib.

Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin müəllimi, nümayəndə heyətinin rəhbəri Serda Erkek keçirilən görüşləri yuksək dəyərləndirib və əlaqələrin daha da inkişafı istiqamətində səmərəli addımlar atılacağını bildirib.

Tədbir lisey şagirdləri Xaqani Qasımov və Hüseyn Yaylacının çıxışları ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti