...

Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılır

Cəmiyyət Materials 30 Mart 2017 15:10 (UTC +04:00)
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti