...

UNEC professoru BMT-nin mükafatına layiq görülüb (FOTO)

Cəmiyyət Materials 30 Mart 2017 17:02 (UTC +04:00)
Əvəz Ələkbərov Birləşmiş Millətlər Təşkilatı İctimai Mükafatlar üzrə Şurasının qərarı ilə elm və təhsil sahəsində xidmətlərinə görə Avropa Ordeninə layiq görülüb.
UNEC professoru BMT-nin mükafatına layiq görülüb (FOTO)

Bakı. Trend:

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov Birləşmiş Millətlər Təşkilatı İctimai Mükafatlar üzrə Şurasının qərarı ilə elm və təhsil sahəsində xidmətlərinə görə Avropa Ordeninə layiq görülüb.

UNEC-dən Trend-ə verilən məlumata görə, Ə.Ələkbərov bu mükafata universitetdə həyata keçirilən yeniliklərdə, onun beynəlxalq aləmdə reytinqinin yüksəldilməsindəki xidmətlərinə, o cümlədən “Maliyyə və maliyyə institutları” kafedrasında aparılan keyfiyyət dəyişikliklərinə verdiyi töhfəyə görə layiq görülüb.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti