...

Xəzər rayonunda 31 mart soyqırım qurbanları və aprel şəhidləri anılıb (FOTO)

Cəmiyyət Materials 31 Mart 2017 17:49 (UTC +04:00)
“Şəhidlər ölməz,Vətən bölünməz” adlı tədbir keçirilib.
Xəzər rayonunda 31 mart soyqırım qurbanları və aprel şəhidləri anılıb (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında aprel şəhidlərinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən Bölünməz” adlı tədbir keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, ilk öncə Dövlət Himni səsləndirilib. Daha sonra 31 mart soyqırım qurbanları və aprel şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşı Sücaət Piriyeva, Abşeron Binə peşə liseyinin direktor müavini Sənubər İbrahimova, şairə Gülarə Munis, şəhid ailələri və məktəblilər iştirak ediblər.

2016-cı il aprel ayında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına şəhid olmuş Müşfiq Orucovun atası Arif Orucov çıxış edərək oğlu ilə bağlı xatirələrini bölüşüb.

Xəzər rayon 117, 123 və 218 saylı tam orta məktəblərin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Tədbirin sonunda şəhid Kamran Şirəliyevə həsr olunmuş sənədli film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti