...

Koroğlu NMM-nın köçürülməsi başa çatdı

Cəmiyyət Materials 3 Aprel 2017 11:53 (UTC +04:00)
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) köçürüldüyü ərazidə normal fəaliyyət üçün nəzərdə tutulan işlər yekunlaşıb.
Koroğlu NMM-nın köçürülməsi başa çatdı

Bakı. Samir Əli - Trend:

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) köçürüldüyü ərazidə normal fəaliyyət üçün nəzərdə tutulan işlər yekunlaşıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BNA əməkdaşlarının iştirakı ilə yeni NMM-də avtobuslar üçün 4 perron salınıb və hər bir perrona daxil olan marşrut xətlərinə dair məlumatlandırıcı lövhələr quraşdırılıb. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün əraziyə beton plastik arakəsmələr qoyulub.

Qeyd edək ki, NMM müvəqqəti olaraq metronun “Koroğlu” stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin Hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın əraziyə köçürülüb. Məqsəd, paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti