...

Peterburqda metroda partlayışda yaralanmış azərbaycanlının vəziyyəti ilə bağlı XƏBƏR

Cəmiyyət Materials 4 Aprel 2017 12:22 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu metroda baş vermiş partlayış nəticəsində yaralanmış azərbaycanlı Zaur Vəliyevi ziyarət edib
Peterburqda metroda partlayışda yaralanmış azərbaycanlının vəziyyəti ilə bağlı XƏBƏR

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu metroda baş vermiş partlayış nəticəsində yaralanmış azərbaycanlı Zaur Vəliyevi ziyarət edib.

Baş konsul Sultan Qasımovun Trend-ə bildirdiyinə görə, yaralının vəziyyəti stabildir, orta ağırlıqlı olaraq dəyərləndirilir. Baş konsul onu da qeyd edib ki, yaralı sağalmaq üzrədir.

Z.Vəliyev Rusiya vətəndaşıdır və Orenburqda anadan olub.

Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbər Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq etmişdi.

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 45 nəfər xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti