...

Azərbaycanda yaşıllıqların salınmasına qrantlar ayrıla bilər

Cəmiyyət Materials 4 Aprel 2017 17:01 (UTC +04:00)
Nazirlər Kabineti "Yaşıllıqların bərpası Qaydası"nı təsdiq edib
Azərbaycanda yaşıllıqların salınmasına qrantlar ayrıla bilər

Bakı. Trend:

Nazirlər Kabineti "Yaşıllıqların bərpası Qaydası"nı təsdiq edib

Trend-in məlumatına görə, bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisində olan yaşıllıqların bərpası və bərpa dəyərinin hesablanması qaydalarını müəyyən edir.

Yaşıllıqların salınması, bərpası və genişləndirilməsi tədbirlərini həyata keçirmək məqsədilə beynəlxalq təşkilatlar və digər donorlar tərəfindən maliyyə vəsaitinin, qrantların və digər yardımların ayrılması dəstəklənir.

Qeyd olunur ki, yaşıllıqların bərpasının əsas məqsədi mövcud yaşıllıqlarda sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin etmək, bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq ərazilərindən səmərəli istifadə etmək, daimi becərmə və əlavə əkinlər aparmaqla yaşıllıq sahələrinin azalmasına yol verməməkdir.

Yaşıllıqların (ağaclıqların) bərpası aşağıdakı hallarda aparılır:

- yaşıllıqlar götürüldükdə (kəsildikdə);
- yaşıllıqlar zədələndikdə;
- yaşıllıqlar məhv edildikdə;
- yaşıllıqların təbii istismar müddəti bitdikdə.

Yaşıllıqların bərpası yaşayış məntəqələrinin ərazi planlaşdırılması sənədlərinə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış ərazilərdə həyata keçirilir.

Yaşıllıqların bərpası bir il müddətində həyata keçirilir.

Yaşıllıqları əvvəlki yerində bərpa etmək mümkün olmadıqda, bərpa işləri yaşıllığın yerləşdiyi torpağın mülkiyyətçisinin öz ərazisində və ya istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və yaxud bələdiyyənin başqa ərazidən ayırdığı torpaq sahəsində həyata keçirilir.

Yaşıllıqların götürülməsi (kəsilməsi) halında yaşıllıqların bərpası yaşıllığı götürən (kəsən) subyektlər tərəfindən və ya onların vəsaiti hesabına istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən aparılır.

Yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində yaşıllıqların zədələnməsi, məhv edilməsi, kəsilməsi (götürülməsi) zamanı təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən bərpa dəyəri deyil, Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"na uyğun olaraq yaşıllıqlara vurulmuş ziyan ödənilir.

ƏTRAFLI:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti