...

Novruz tonqalı "Formula 1" trekinə təhlükə yaratdı

Cəmiyyət Materials 5 Aprel 2017 11:58 (UTC +04:00)
Bakıda Novruz bayramı ərəfəsində Qoşa Qala qapısı ətrafında keçirilən tədbirlər "Formula 1" trekinə müəyyən təhlükə yaradıb.
Novruz tonqalı "Formula 1" trekinə təhlükə yaratdı

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda Novruz bayramı ərəfəsində Qoşa Qala qapısı ətrafında keçirilən tədbirlər "Formula 1" trekinə müəyyən təhlükə yaradıb.

Formula 1-in tikinti işləri üzrə rəhbəri Tom Butçer Trend-ə bildirib ki, bayram şənlikləri zamanı trekin Qoşa Qala qapısının yanından keçən hissəsində tonqal qalanmışdı:

"Burada tonqal qalanacağını nəzərə almamışdıq. Hər birimiz, o cümlədən Bakı sakinləri "Formula 1" trekini yarışa hazır vəziyyətdə saxlamalıyıq".

O, həmçinin bildirib ki, yarışla bağlı tikinti işlərinə artıq start verilib:

"Biz tikinti işlərini şəhər sakinlərinə və qonaqlara maneçilik törətmədən aparmağa çalışırıq. Artıq tribunaların quraşdırılmasına başlanılıb. "Hazırda "Abşeron" və "Xəzər" tribunaları quraşdırılır, eləcə də digər tribunaların quraşdırılması davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti