...

UNEC kollektivi aprel döyüşlərində şəhid olan məzunlarının məzarını zıyarət edib (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2017 17:16 (UTC +04:00)
Bu gün UNEC auditoriyalarında aprel şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC kollektivi aprel döyüşlərində şəhid olan məzunlarının məzarını zıyarət edib (FOTO)

Bakı. Trend:

Bu gün UNEC auditoriyalarında aprel şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetdən Trend-ə verilən məlumata görə, daha sonra universitetin professor-müəllim heyəti və tələbələr şəhidlərin ailə üzvləri ilə birlikdə onların məzarını ziyarət ediblər.

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov şəhid Tural Dadaşovun ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqləndiyinə görə” III dərəcəli medalla təltif edildiyini bildirərək, bu, bizim şəhidimizə verilən yüksək dəyərdir deyə, əlavə edib. Tural Əhmədovun anası Kəmalə Dadaşova oğlunun qorxmazlığından, vətənsevərliyindən söz açıb, onunla fəxr etdiyini bildirib. Şəhidin müəllimləri, tələbə yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Turalın çalışqan, dərslərinə məsulliyətlə yanaşdığını, fakültənin ictimai həyatında fəal iştirak etdiyini və kollektivin dərin hörmətini qazandığını bildiriblər. Çıxış edənlər Turalın hər bir azərbaycanlı üçün örnək olduğunu və onlarla qürur duyduqlarını vurğulayıblar.

İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev şəhid Mahir Mirzəyevin tələbə olarkən daima öz fəallığı ilə xüsusi fərqləndiyini diqqətə çatdırıb: “Mahir tək tələbə kimi yox, həm də əsgər kimi fərqləndi. Hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqləndiyinə görə” III dərəcəli medal ilə təltif edildi. Mahirin işıqlı xatirəsi daima qəlbizimdə yaşayacaq”. Şəhidin atası Sabir Mirzəyev, müəllimləri, tələbə yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Şəhidlərin əziz xatirəsini daim əziz tutacaqlarını qeyd ediblər.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti