...

"Abşeron" Hotel Qrupu "Bilgah Beach" hotelinin rəsmi açılışını elan edir (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2017 10:30 (UTC +04:00)
"Abşeron" Hotel Qrupu "Bilgah Beach" hotelinin rəsmi açılışını elan edir.
"Abşeron" Hotel Qrupu "Bilgah Beach" hotelinin rəsmi açılışını elan edir (FOTO)

Bakı. Trend:

"Abşeron" Hotel Qrupu "Bilgah Beach" hotelinin rəsmi açılışını elan edir.

Hotel Bilgəh qəsəbəsində, şəfalı havası və illərdir onlarla tibbi və rekreasiya imkanlarına malik, Xəzər dənizinin sahillərində yerləşir. 300 metr şəxsi çimərliyə malik olan "Bilgah Beach" Bakının ilk dəbdəbəli çimərlik hotelidir. Hotel özünün rahat yerləşməsi və avadanlıqları ilə əsl Azərbaycan qonaqpərvərliyini sizlərə təklif edir. Yerli və ya xarici qonaqlar olmasından asılı olmayaraq, şəhərin səs-küyündən uzaqlaşmaq və sakitliklə qovuşmaq istəyənlər, ailəsi, dostları və iş yoldaşları ilə unudulmaz anlar yaşamaq istəyənlər və ya sadəcə Xəzər dənizinin romantik qürub mənzərəsindan həzz almaq istəyənlər üçün ideal özünübərpa mərkəzidir.

Hotelin "lobby" hissəsi özünəməxsus dizayn elementləri ilə tərtib olunub: sarayları xatırladan işıqlandırma effektləri, minlərlə metal toplardan ibarət incəsənət nümunələri ilə bəzədilmiş divarlar və müxtəlif çeşidli materiallardan hazırlanmış modern dizayn nümunələri.

Lobby-nin mərkəzində 58 metr hündürlüyündə və 72.000 LED işıqlardan ibarət möhtəşəm çilçıraq yerləşir. "Lobby" ərazisində rahat oturacaqlar, bilyard otağı, pianino salonu və nadir incəsənət, tarix, fotoqraflıq, arxitektura, dizayn və başqa maraqlı mövzulardan toplanmış kitabları özündə cəmləşdirən yeganə kitabxana var.

"Bilgah Beach" hoteli qonaqlarına müasir interyerə malik, dəniz mənzərəli 176 lüks otaq və suitlər təklif edir. Otaq və apartamentlərdən əlavə, hotelin ərazisində üç yataq otağı olan, hotelin ön tərəfində, sıx bağın içərisində yerləşən 14 ikimərtəbəli kotec var. Sahəsi 156 kv.m olan hər bir kotecin şəxsi qarajı, ayrıca həyəti və yuxarı mərtəbədə geniş, açıq eyvanı var.

"Bilgah Beach" hoteli çox böyük və zəngin mətbəxi ilə də fərqlənir.

Piano Lounge – Qeyri-rəsmi görüşlərinizin təşkili üçün əla məkandır. Axşam kokteyl saatları yerli əhali arasında bir araya gəlmək və pianino zümzümələrini dinləmək üçün çox məşhurdur.

Üzük Restaurant – Günboyu fəaliyyət göstərən restoran sizlərə interaktiv, müxtəlif mədəniyyətlərin mətbəxini təqdim edir. Restoranın açıq hovuzu və bağ mənzərəsi ilə xüsusi görünüş qatan verandası da sərinləmək üçün əla seçimdir.

Promenade Sunset Bar & Lounge – Bakının ən gözəl yerlərindən birində yerləşməsi və dostlar üçün əsl görüş yeri seçimi və Xəzər Dənizinin nəfəskəsən mənzərəsindən həzz almaq üçün xüsusi məkandır.

Waterpark Cafe – Qonaqların əksəriyyəti vaxtını əsasən burada keçirdiyinə görə hotdoq və dondurma stendləri və özünəxidmət stendlərində müxtəlif qida çeşidləri ilə xidmətinizdədir.

Equinox Night Club – Müasir kokteyllər, yerli dj-lər, ən dəbli musiqi və zövqlü dizayn – bütün bunlar hamısı məşhur "Equinox" gecə klubunun xüsusi atmosferini yaradır.

The Alley – Bizdə hər yaşdan olan qonaqlar üçün məşğuliyyət var. Böyüklər boulinq oynaya, növbənöv yemək və kokteyllərin dadına baxa bilər. Bu zaman balaca qonaqlar uşaq menyusundan zövq ala və ya oyun konsollarında oynaya bilərlər.

Spa & Wellness Center – İstirahət və sakitlik adası olan "Spa Bilgah Beach Hotel"in dəbdəbəsi və möhtəşəmliyi arasında həmahəng yer tutur. 500 kv.m sahəsi olan Spa üz və bədənə qulluq üçün çoxsaylı prosedurlar, Bali və Tay texnikalarını özündə birləşdirən unikal massaj, eləcə də ənənəvi türk hamamı təklif edir. 7 prosedur otağı, 2 əlavə VİP otaq, isitmə sistemli termal şezlonqlarla təchiz olunmuş istirahət otaqları, türk hamamı, fin saunası, buxar otağı, eləcə də meditasiya üçün qeyri-adı dairəvi otaq qonaqların xidmətindədir. Meditasiya otağında rəng terapiyası və otağın mərkəzindəki su kompozisiyasının sakitləşdirici təsiri sayəsində tamamilə sakitləşmək mümkündür.

Fitnes Mərkəzi – Fitnes rəvan şəkildə SPA sahəsi ilə birləşir və aşağıdakı xidmətləri təklif edir:

  • Müasir "Technogym" avadanlığı ilə təchiz olunmuş böyük trenajor zalı;
  • Temperaturun tənzimləndiyi 20 metrlik qapalı hovuz;
  • Şezlonqların düzüldüyü terrasla əhatə olunmuş açıq hovuz;
  • Açıq tennis kortu;
  • Basketbol və voleybol meydançaları;
  • Mini-futbol üçün meydança

Waterpark - "Bilgah Beach" hotelindəki Akvapark regionun ən böyük su parkıdır. Burada qonaqları su təpələri, açıq hovuz, fontan və günəş vannalarının qəbulu üçün təchiz olunmuş yerlər gözləyir. Akvaparkda 11 müxtəlif su təpəsi, açıq su təpələri, eləcə də uşaqlar üçün oyun meydançaları, soyunub-geyinmə otağı, duş kabinlər və "Waterpark" kafesi var.

Şəxsi Çimərlik - "Bilgah Beach" Bakıda lüks sinfinə aid ilk çimərlikdir. Bu məkan təpəlikdə yerləşən hotel 300 metrlik özəl çimərliyi ilə fəxr edə bilər. Çimərliyə həm piyada, həm də xüsusi lift ilə düşmək olar.

Yığıncaqlar, konfranslar və tədbirlər - "Bilgah Beach" hotelində 1500 kv.m ərazisi olan konfrans mərkəzi var. Mərkəzdə masaların banket üslubunda düzülüşü zamanı 450 nəfərlik, teatral düzülüşü zamanı 600 nəfərlik "Bilgah Ballroom" banket zalı, 500 nəfərədək qonağın rahatlıqla yerləşdiyi, geniş və çoxfunksiyalı "Mardakan Suite & Terrace", eləcə də 15-170 nəfər iştirakçısı olan, işgüzar görüş və danışıqlar üçün iki zal var. Əla təchiz olunmuş konfrans mərkəzin yanında, hər biri 10-12 nəfərlik üç ayrıca iclas kabineti konfrans mərkəzin qonaqlarının xidmətindədir.

Baş menecer Scott Mawhinney deyib: “Məmnuniyyətlə bildirmək istəyirik ki, "Bilgah Beach" hotelini açıq elan edirik. Bilgəh ərazisi azərbaycanlılar arasında öz təmiz havası və ən yaxşı çimərliklərinə görə çox məşhurdur. Biz öz xidmətlərimizi hər kəsə təqdim etməkdən zövq duyuruq. Siz burada ailəvi istirahətdən tutmuş, özünəməxsus fərqliliyi ilə seçilən restoranlarımızda müxtəlif mətbəxlərin dadına baxa bilər və unudulmaz SPA prosedurlarından həzz ala bilərsiniz. Qonaqlarımıza əyləncəli və maraqlı anlar yaşatmaq və onlarda davamlı xatirələr saxlamaq üçün biz buradayıq”.

Absheron Hotel Group haqqında:

Absheron Hotel Group Azərbaycanın ilk lüks hotel şirkəti olub, tərkibində "Marriott Autograph" Kolleksiyası üzvlüyünü əldə edən dünya standartları səviyyəsində idarə olunan Şahdağ dağlarında yerləşən "Pik Palace" hoteli və "Park Chalet" hoteli, Bakı şəhərinin mərkəzində yerləşən "Boulevard" hoteli və "İnturist" hoteli, "Bilgah Beach" hoteli və tezliklə açılması planlaşdırılan "Dinamo Boutique" hotelini cəmləşdirir.

Ətraflı: www.absheronhotelgroup.com, www.marriot.com, www.autographcollection.com

Media ilə əlaqəli bütün məsələlərlə bağlı əlaqə saxlayın:

Səbinə Qasımova – Marketinq və Kommunikasiya Meneceri

"Bilgah Beach" hoteli, Bilgəh qəsəbəsi, 94 Qələbə küçəsi

Tel: +994 12 565 4000

Mobil: +994 55 263 4019

Məqalədə:
Xəbər lenti

Xəbər lenti