...

XƏBƏRDARLIQ - hava qeyri-sabit keçəcək, qar yağacaq

Cəmiyyət Materials 7 Aprel 2017 12:55 (UTC +04:00)
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib.
XƏBƏRDARLIQ - hava qeyri-sabit keçəcək, qar yağacaq

Bakı. Trend:

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, qərb rayonlarından başlayaraq, ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun tədricən 4-7 dərəcə aşağı enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti