...

156 azərbaycanlı gənc turizm üzrə ikili diplom alıb

Cəmiyyət Materials 7 Aprel 2017 16:43 (UTC +04:00)
Azərbaycan Turizm və Menecment Universitetinin hazırda fəaliyyət göstərən turizm və qonaqpərvərlik fakültəsini gələcəkdə ingilisdilli məktəbə çevirəcəyik.
156 azərbaycanlı gənc turizm üzrə ikili diplom alıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Turizm və Menecment Universitetinin hazırda fəaliyyət göstərən turizm və qonaqpərvərlik fakültəsini gələcəkdə ingilisdilli məktəbə çevirəcəyik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov Azərbaycan-Avstriya turizm proqramının 10 illik yubileyi ilə bağlı "Azərbaycan-Avstriya Turizm Proqramı: Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Rektor səlahiyyətlərinin icraçısı deyib ki, ölkə prezidentinin 6 dekabr, 2016-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş, peşə məktəbləri ilə bağlı strateji yol xəritəsinə uyğun olaraq, 5 regional turizm peşə məktəbini yaratmağı nəzərdə tuturlar.

E.Aslanov bildirib ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında 2007-ci ildə əldə olunmuş razılığa əsasən, Avstriya-Azərbaycan Turizm Proqramı (AATP) keçən 10 il ərzində uğurla davam edib. Bu proqram üzrə indiyədək 143 bakalavr və 13 magistr olmaqla, 156 azərbaycanlı gənc hər iki universitetin diplomunu alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti