...

Bu yollarda sürət həddi endirildi

Cəmiyyət Materials 9 Aprel 2017 22:57 (UTC +04:00)
Bakıda müşahidə edilən hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib
Bu yollarda sürət həddi endirildi

Bakı. Trend:

Bakıda müşahidə edilən hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda əsas magistral yolda - Heydər Əliyev prospekti boyunca (şəhər mərkəzindən Bilgəh istiqamətində, eləcə də əks istiqamətdə), həmçinin, Zığ dairəsindən Hava limanı və əks istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti