...

Ərəb mediası Bakı Şopinq Festivalından yazır

Cəmiyyət Materials 10 Aprel 2017 18:02 (UTC +04:00)
Bir sıra ərəbdilli saytlarda Bakıda keçirilən ilk Bakı Şopinq Festivalı barədə məqalələr dərc edilib.
Ərəb mediası Bakı Şopinq Festivalından yazır

Bakı. Trend:

Bir sıra ərəbdilli saytlarda Bakıda keçirilən ilk Bakı Şopinq Festivalı (Baku Shopping Festival) barədə məqalələr dərc edilib.

Trend-in məlumatına görə, Misirin nüfuzlu xəbər agentliyi MENA, Birləşmiş Ərəb Əmirliyin ZAWYAIDUBAINEWS saytları Avrasiyanın ən gözəl şəhərlərindən biri kimi göstərilən Bakıda keçirilən Şopinq Festivalı barədə ətraflı məlumat verir. Bildirilir ki, bu festival xarici turistlərlə yanaşı, yerli istehlakçılar üçün də əlverişli alış-veriş və müxtəlif maraqlı əyləncə imkanları təqdim edəcək. Qeyd olunur ki, festival zamanı dünya şöhrətli brend mağazalarda alış-veriş zamanı ödənilən ƏDV-ni geri almaq mümkün olacaq. Bundan başqa, festival çərçivəsində konsertlər, premyeralar və moda nümayişləri kimi xüsusi əyləncə tədbirləri də keçiriləcək.

Məqalələrdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fikirlərinə də geniş yer verilib. Nazirə istinadən bildirilir ki, festivala bir sıra qonşu ölkələrdə, eləcə də son dövrlər Azərbaycana böyük turist axınının müşahidə olunduğu Fars körfəzi dövlətlərində böyük maraq var: “Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə və Gürcüstandan olan turistlərin festivala gəlişi gözlənilir. Təxminən 200-250 min turistin güzəştli təkliflərdən bəhrələnmək üçün ölkəyə səfəri gözlənilir”.

Ərəb ölkələrinin media orqanları xüsusi olaraq vurğulayırlar ki, bu festival Qafqazda və Orta Asiyada ilk belə təcrübə kimi tarixə yazılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti