...

Məzunlar UNEC-də (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2017 10:15 (UTC +04:00)
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində məzunlarla görüş keçirilib.
Məzunlar UNEC-də (FOTO)

Bakı. Trend:

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində məzunlarla görüş keçirilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev məzunlara UNEC-dəki son yeniliklərdən söz açıb. Elektron Universitet Modeli, Differensial Əməkhaqqı Sistemi, ikili diplom proqramları, yeni sillabuslar barədə ətraflı məlumat verib.

Sonra məzunlar tələbələrlə görüşüblər. Görüşdə məzunlar tələbələrə karyera seçimi, bu yolda qarşılaşacaqları çətinliklər və əmək bazarının mövcud durumundan bəhs ediblər. Eyni zamanda, magistratura proqramının seçimi haqqında tövsiyələrini veriblər. Məzunlar öz magistr təhsillərindən söz açaraq, məzun olduqları universitet barədə tələbələrə məlumat veriblər.

Görüşdən məmnun ayrılan məzunlar universitetdə vahid məzunlar şəbəkəsinin yaradılmasını təklif ediblər.
Qeyd edək ki, görüşdə iştirak edən məzunlar arasında Cambridge, LSE, Edinburgh kimi dünyanın nüfuzlu universitetlərində magistr təhsili alan, BMT, Engin, Xəzər Gəmiçilyi kimi qurumlarda çalışanlar var.

UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti