...

TİKA-nın koordinatoru BANM-də olub (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2017 11:56 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, agentliyin koordinator müavini Mehmet Ali Yetiş və əməkdaşı Abbas Hümbətov arasında görüş keçirilib.
TİKA-nın koordinatoru BANM-də olub (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, agentliyin koordinator müavini Mehmet Ali Yetiş və əməkdaşı Abbas Hümbətov arasında görüş keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə sözügedən şirkət haqqında məlumat verildi və fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib. O, TİKA tərəfindən Ali Məktəbin əməkdaşları üçün menecment və universitetlərin idarə olunması sahəsində təlim imkanlarının araşdırılması barədə söz açıb. Rektor qeyd edib ki, bu kimi təlimlər Ali Məktəbin əməkdaşlarının inkişafina xidmət edəcəkdir.

Adəm Urfa agentliyin Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi müxtəlif layihələrdən danışdı, həmçinin qurumun fəaliyyəti haqqında məlumat verib.

O qeyd etdi ki, TİKA-nın Azərbaycan da daxil olmaqla dünyanın 54 ölkəsində yüzdən çox əməkdaşlıq ofisi fəaliyyət göstərir. TİKA-nın ilk proqram koordinatorluğu ofisi Türkmənistanda yaradılıb. Eyni zamanda dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir. TİKA-nın ilkin məqsədləri türk dilli respublikaların sosial strukturunun qorunması, onların davamlılığının təmin edilməsi, texniki infrastrukturuna dəstək göstərmək olub. İndiyədək TİKA tərəfindən təhsil, səhiyyə, quruculuq, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə bir çox layihə və proqramlar həyata keçirilib.

Görüşdə BANM ilə TİKA arasında konkret əməkdaşlıq sahələri barədə razılıq əldə olundu və A.Urfa rektoru bu əməkdaşlığın inkişaf perspektivlərinin dərindən araşdırılacağına əmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti