...

Baş prokuror Beyləqanda vətəndaş qəbulu keçirəcək

Cəmiyyət Materials 12 Aprel 2017 09:34 (UTC +04:00)
Baş prokuror Zakir Qaralov Beyləqanda vətəndaş qəbulu keçirəcək.
Baş prokuror Beyləqanda vətəndaş qəbulu keçirəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov cari il aprelin 21-də saat 10:00-da Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Beyləqan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-telefonu-və[email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti