...

Azərbaycanda yeni dərslik yaradılır

Cəmiyyət Materials 12 Aprel 2017 10:41 (UTC +04:00)
Biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq Azərbaycan multikulturalizmi dərsliyinin yaradılması üzərində çalışırıq.
Azərbaycanda yeni dərslik yaradılır

Bakı. Elçin Mehdiyev - Trend:

"Biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq, Azərbaycan multikulturalizmi dərsliyinin yaradılması üzərində çalışırıq".

Trend-in məlumatına görə, bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

K.Abdullayev bildirib ki, dərslikdə Azərbaycan multikulturalizminin ən müxtəlif istiqamətlərdən işıqlandırılması nəzərdə tutulur:

"Bu fənni tədris edən bir çox xarici ölkə müəllimləri, məsələn, almaniyalı professorlar fənnin tədrisi zamanı Azərbaycan multikulturalizmini alman multikulturalizmi ilə müqayisə edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti