...

Binəqədi rayon İH-yə 140 minə yaxın müraciət daxil olub (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2017 12:31 (UTC +04:00)
Binəqədi Rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidməti - 1646-a fəaliyyət göstərdiyi 4 ildən artıq müddətdə 136 914 vahid müraciət daxil olub.
Binəqədi rayon İH-yə 140 minə yaxın müraciət daxil olub (FOTO)

Bakı. Trend:

Binəqədi Rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidməti - 1646-a fəaliyyət göstərdiyi 4 ildən artıq müddətdə 136 914 vahid müraciət daxil olub və bunların əsasında 29 298 vahid müraciət vərəqəsi qeydiyyata alınaraq icraata yönəldilib. Bunlardan 24 135 vahidi və ya 82.6 %-i tam, 1520 vahidi və ya 5.2 %-i qismən, 3580 vahidi və ya 12.2 %-i müvafiq izahat verilərək həll edilib.

Bu barədə Trend-ə İcra Hakimiyyətindən məlumat verilib.

2017-ci ilin yanvar-mart ayları üzrə xidmətə daxil olan müraciət vəqərəsi qeydiyyata alınmış müraciətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 894-ü və ya 48,5 %-i qaz təchizatı, 566-sı və ya 30,3 %-i su-kanalizasiya, 106-sı və ya 5,8 %-i lift problemləri, 102- si və ya 5,6 %-i istilik təchizatı, 61-i və ya 3,4 %-i sakinləri narahat edən digər məsələlər, 52-si və ya 2,8 %-i elektrik təchizatı ilə bağlı, 32-i və ya 1,7 %-i zibil və tullantılar ilə əlaqədar, 18-i və ya 1,2 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 12-si və ya 0,7 %-i yaşıllaşdırma idarəsi ilə bağlı olub. Xidmətə daxil olan təşəkkür zənglərinin sayı isə 75 vahid olub.

Respublikada yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Binəqədi Rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidməti - 1646 yaradılıb və 6 fevral 2013-cü il tarixində rayon sakinlərinin ixtiyarına verilib. Xidmətin yaradılmasında məqsəd rayon sakinlərinin icra hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən məlumat almaq imkanı etmək və şikayətlərini daha çevik və operativ şəkildə bir telefon zəngi vasitəsi ilə İcra Hakimiyyətinə çatdırmaqdan ibarət olub.

Eyni zamanda, Sakinlərin Müraciət Xidməti sisteminin fəaliyyəti İcra Hakimiyyətinin fəaliyyətinə dair vətəndaşların məlumatlılığının artmasına, daxil olan şikayətlərlə əlaqədar operativ tədbirlərin həyata keçirilməsinə imkan yaradıb və rayonun yerli struktur orqanlarının məsuliyyət hissini artırıb.

Sakinlərin Müraciət Xidmətində vətəndaşlara göstərilən xidmətlərin fəaliyyət istiqamətləri barədə

1.İcra Hakimiyyətinin fəaliyyətinə dair vətəndaşların suallarının cavablandırılması;

2. Vətəndaşların onları narahat edən məsələlərə dair şikayətlərinin qəbul edilməsi və operativ şəkildə araşdırmaya yönləndirilməsi;

3.Şikayət həll olunanədək nəzarətdə saxlanılaraq sonda vətəndaşın razılığı olduğu təqdirdə şikayət vərəqəsinin bağlanması.

Fəaliyyət nəzakətlilik, operativlik, və məsuliyyət prinsipləri əsasında qurulub və gün ərzində 24 saat fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti