...

BDU rektoru Avrasiya Universitetlər Assosiasiyasının iclasında iştirak edib (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2017 17:40 (UTC +04:00)
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib.
BDU rektoru Avrasiya Universitetlər Assosiasiyasının iclasında iştirak edib (FOTO)

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycanı BDU-nun rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov təmsil edib. Şuranın iclasını Assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi açıb.

Plenar iclasda çıxış edən BDU-nun rektoru Assosiasiyanın ilk üzvlərindən biri olan Bakı Dövlət Universiteti tərəfindən irəli sürülən əməkdaşlığın yeni formalarının daha da möhkəmləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. A.Məhərrəmov Avropa və Asiyanın 11 ölkəsini əhatə edən Assosiasiyaya üzv ali məktəblərin elm, təhsil və cəmiyyət məsələlərini özündə birləşdirən “Universitetin üç missiyası” adlı reytinqi ilə bağlı fikirlərini bildirib. Təklif edib ki, reytinqin təşkilatçıları sırasında Rusiya Rektorlar Şurası və Rusiya Elmlər Akademiyası ilə yanaşı, Avrasiya Universitetlər Assosiasiyası da yer alsın. Bundan başqa, BDU rektoru reytinqin müəyyənləşməsi üçün irəli sürülən meyarlara öz münasibətini bildirərək müfaviq təkliflərlə çıxış edib və yeni reytinqin qısa müddət ərzində beynəlxalq nüfuz əldə edəcəyinə əminliyini ifadə edib.

Çıxışının sonunda Moskva Dövlət Universitetinin rektoru, Avrasiya Universitetlər Assosiasiyasının prezidenti, akademik V.Sadovniçinin fəaliyyətini xüsusi vurğulayan akademik A.Məhərrəmov, onun 25 il rəhbərlik etdiyi MDU-nun dünyanın nüfuzlu universitetlərindən birinə çevrilməsinə töhfələr verdiyini qeyd edib.

Tədbirdə akademik V.Sadovniçi Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibətilə Avrasiya Universitetlər Assosiasiyası adından akademik A.Məhərrəmovu təbrik edib və qurumun xatirə hədiyyəsini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti