...

Azərbaycanda yeni növ təhsil müəssisələri yaradılacaq

Cəmiyyət Materials 14 Aprel 2017 13:42 (UTC +04:00)
Uzun müddətdir müzakirəsi aparılan yeni hazırlanmış "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Azərbaycanda yeni növ təhsil müəssisələri yaradılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Uzun müddətdir müzakirəsi aparılan yeni hazırlanmış "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsi haqqında məlumat verib. O qeyd edib ki, qanun layihəsi ilə bağlı əvvəlki müzakirələr zamanı irəli sürülən təkliflər nəzərə alınıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qanun layihəsində bir sıra yeniliklər nəzərdə tutulur. Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün yeni növ təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur.

Qanuna əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kopmleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.

Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ müəssisələr olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti