...

BNA İslam Oyunlarında marşrutlar üzrə məlumat yerləşdiriləcək saytları açıqlayıb

Cəmiyyət Materials 14 Aprel 2017 17:15 (UTC +04:00)
Bakının ev sahibliyi ilə keçiriləcək Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək.
BNA İslam Oyunlarında marşrutlar üzrə məlumat yerləşdiriləcək saytları açıqlayıb

Bakı. Samir Əli - Trend:

Bakının ev sahibliyi ilə keçiriləcək Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək.

Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq Oyunlardan əvvəl və Oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən Bakı-2017 İslam Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatlar Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrində (Bakı Nəqliyyat Agentliyinin bna.az internet səhifəsi, Bakı Nəqliyyat Agentliyinin facebook səhifəsi, Mətbuat Xidməti), eləcə də Bakı -2017 internet səhifəsində (www.baku2017.com) yerləşdiriləcək.

Bununla yanaşı, oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında ən son məlumatların AvtoRadio (107.7 fm) vasitəsi ilə də ictimaiyyətə yayılması təmin ediləcək.

Məlumatlandırma ilə yanaşı Bakı Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti