...

Bakıda 3 sərnişin marşrutunun dayanacağı dəyişdirildi

Cəmiyyət Materials 15 Aprel 2017 10:44 (UTC +04:00)
Bakıda 3 sərnişin marşrutu üzrə avtobusların dayanacaqları dəyişdirilib.
Bakıda 3 sərnişin marşrutunun dayanacağı dəyişdirildi

Bakı. Samir Əli - Trend:

Bakıda 3 sərnişin marşrutu üzrə avtobusların dayanacaqları dəyişdirilib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, dəyişikliyə əsasən, aprelin 15-dən müvafiq olaraq Lökbatan, Ələt və Sahil qəsəbələrindən gələn 124, 195 və 197 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib. Sərnişinlər “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzindən şəhər mərkəzinə rahat gediş-gəliş üçün müasir nəqliyyat vasitələri ilə təmin edilmiş 125 nömrəli marşrut xəttindən istifadə edə bilərlər.

Məqsəd, paytaxtın cənub girişində ətraf kənd və qəsəbələrdən gələn sərnişin avtobuslarını bir məntəqədə cəmləşdirməklə, onların şəhərin mərkəzinə doğru xaotik hərəkətinin qarşısını almaqdır. Məlum dəyişiklik günün pik saatlarında 20-ci sahə Bayıl dairəsində müşahidə edilən sıxlığın da aradan qalxması baxımından da əhəmiyyətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti