...

Əfqan Abdullayev ADU-nun professor-müəllim heyəti ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2017 12:06 (UTC +04:00)
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev universitetin professor-müəllim heyəti ilə iki görüş keçirib.
Əfqan Abdullayev ADU-nun professor-müəllim heyəti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev universitetin professor-müəllim heyəti ilə iki görüş keçirib.

Bu barədə Trend-ə ADU-nun İnformasiya Departamentindən məlumat verilib.

ADU-nun bütün fakültə və kafedralarının professor-müəllim heyətinin iştirak etdiyi görüşdə universitetdə aparılan struktur islahatları, tədris prosesi, beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

İştirakçılara müəllimlərin qiymətləndirilməsi ilə bağlı keçirilən anonim sorğunun statistik nəticələri haqqında da məlumat verilib. Görüşdə həmçinin, yekun buraxılış dövlət attestasiyasına hazırlıq məsələləri müzakirə olunub.

Görüş professor-müəllim heyətini maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti