...

Daha bir avtomobil yolunda piyada keçidi inşa olunur (FOTO/VİDEO)

Cəmiyyət Materials 17 Aprel 2017 16:04 (UTC +04:00)
Qala- Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidinin inşası aparılır.
Daha bir avtomobil yolunda piyada keçidi inşa olunur (FOTO/VİDEO)

Bakı. Trend:

Qala- Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidinin inşası aparılır.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, hazırda keçiddə montaj və qaynaq işləri görülür. Buna paralel olaraq inşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi işləri də aparılır.

Bir aşırımlı metal konstruksiyalı yerüstü piyada keçidinin magistral yol üzərindəki hissəsinin ümumi uzunluğu 45 m, iki ədəd giriş-çıxışlarında pilləkənlərinin hər birinin uzunluğu 15 metr, keçidin tam uzunluğu 75 metrdir. Piyada keçidinin hərəkət hissəsinin eni 3.5 m, yol səthindən olan hündürlüyü isə 5.5 m təşkil edir.

Piyada keçidinin üstü açıq pilləkən və yolüstü hərəkət hissəsi metal lövhələrdən ibarət olacaq. 2 marşlı pilləkənlərin kənarında fiziki qüsurlu şəxslərin hərəkət etmələri üçün panduslar nəzərdə tutulub. Eyni zamanda piyada keçidinin ətrafında 2 ədəd avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.

Piyada keçidi elementləri mövcud normalara görə intensivliyi 400kq/m2 olan piyada yükü təsirinə hesablanaraq “Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən layihələndirilib.

Piyada keçidi Prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunur.

Aşırım və pilləkan hissəsi metal konstruksiyalı olan piyada keçidinin inşası həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsini, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təmin etmiş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti