...

Sürücülərin diqqətinə: Bu yolda rənglənmə işləri aparılır

Cəmiyyət Materials 18 Aprel 2017 12:35 (UTC +04:00)
“Azəravtoyol” ASC tərəfindən bu axşam 22:00-dan etibarən, Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.
Sürücülərin diqqətinə: Bu yolda rənglənmə işləri aparılır

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən, Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

ASC-dən Trend-ə verilən məlumata görə, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti