...

Daha bir yolda hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 19 Aprel 2017 10:33 (UTC +04:00)
Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılır.
Daha bir yolda hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində müvafiq işlər aparılır.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti