...

Bu axşam iki prospektdə hərəkət çətinləşəcək

Cəmiyyət Materials 19 Aprel 2017 16:21 (UTC +04:00)
Axşam 22:00-dan etibarən rəngləmə işləri aparılacaq.
Bu axşam iki prospektdə hərəkət çətinləşəcək

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən Yasamal rayonu İnşaatçılar və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

Qurumdan Trend-ə verilən məlumata görə, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti