...

Bakıda iki nəfərin güllələnməsi ilə bağlı cinayət işi başlandı

Cəmiyyət Materials 20 Aprel 2017 10:42 (UTC +04:00)
Bakının Səbail rayonu, Salyan şossesində iki nəfərin güllələnməsi ilə bağlı cinayət işi başlanıb.
Bakıda iki nəfərin güllələnməsi ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Bakının Səbail rayonu, Salyan şossesində iki nəfərin güllələnməsi ilə bağlı cinayət işi başlanıb.

Səbail rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, faktla bağlı idarədə Cinayət Məcəlləsinin 221.3-cü ( Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddələri ilə cinayət işi başlanılıb.

Məlumata görə, hadisəni törədən İbrahim adlı şəxsdir. Hazırda cinayəti törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi üçün zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, aprelin 19-da gecə saatlarında Bakının Səbail rayonu, Salyan şossesində ov tüfəngindən açılan atəş nəticəsində 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov bud nayihəsindən, 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov isə ayağından yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti