...

Çağdaş Ukrayna şeiri kitabı işıq üzü görüb

Cəmiyyət Materials 21 Aprel 2017 12:36 (UTC +04:00)
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Çağdaş Ukrayna şeiri (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.
Çağdaş Ukrayna şeiri kitabı işıq üzü görüb

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Çağdaş Ukrayna şeiri (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, kitabda XX və XXI əsr Ukrayna ədəbiyyatının müxtəlif nəsillərini təmsil edən otuz şairin poeziyasından seçmə nümunələr toplanıb.

Müasir Ukrayna poeziyasının ümumi mənzərəsini təqdim edən şeirlər toplusu dərin poetik yaşantılar – zamanın axarı, sözün sehri və bədii mətnin enerjisi ilə sanki bir bütövlük, vəhdət təşkil edir.

Şeirləri dilimizə tanınmış Azərbaycan şairləri Salam Sarvan, Mahir Qarayev və Zahid Sarıtopraq çevirib.

Kitabın redaktoru Yaşar Əliyev, ön sözün müəllifi Salam Sarvandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti