...

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə edilib

Cəmiyyət Materials 21 Aprel 2017 13:32 (UTC +04:00)
Milli Məclisin Reqional məsələlər komitəsinin bu gün keçirilən “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanununa dəyişiklik müzakirə edilib.
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin Reqional məsələlər komitəsinin bu gün keçirilən “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanununa dəyişiklik müzakirə edilib.

Trend-in məlumatına görə, komitə sədri Arif Rəhimzadə müzakirə edilən məsələlər barədə məlumat verib.

A.Rəhimzadə “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsi barədə deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib. O qeyd edib ki, qaldırılan məsələlərin bir çoxu hazırki qanunvericilikdə öz əksini tapıb.

A.Rəhimzadə əlavə edib ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik “Reklam haqqında” qanuna uyğunlaşdırmaq xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti