...

“Qələbədən Qələbəyə” atıcılıq turnirinə yekun vurulub (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2017 09:21 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin təşkilatçılığı ilə ötən ilin aprel döyüşlərinə həsr olunmuş “Qələbədən qələbəyə” adlı atıcılıq turnirinin bağlanış mərasimi keçirilib.
“Qələbədən Qələbəyə” atıcılıq turnirinə yekun vurulub (FOTO)

Bakı. Samir Əli - Trend:

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin təşkilatçılığı ilə ötən ilin aprel döyüşlərinə həsr olunmuş “Qələbədən qələbəyə” adlı atıcılıq turnirinin bağlanış mərasimi keçirilib.

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-dən Trend-ə verilən məlumata görə, əvvəlcə turnirin finalçıları yarışıblar.

Finala YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin, YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin, YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin və YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin komandaları çıxıblar. Final mərhələsində YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin komandası birinciliyi qazanıb. YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin komandası 2-ci, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin komandası isə 3-cü yer əldə edib.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin və YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin komandaları isə 4-cü və 5-ci yerləri bölüşüblər. Səma Əsədova isə turnirin "Ən sərrast atıcı"sı adına, fəxri diploma layiq görülüb.

Turnirin bağlanış mərasimində çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin sədri Şahvələd Əliyev YAP gəncləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını bildiriblər.

Daha sonra qaliblərə kubok, diplom və hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti