...

Diaqnostik qiymətləndirilməyə start verildi - 12 min müəllim iştirak edəcək

Cəmiyyət Materials 25 Aprel 2017 09:33 (UTC +04:00)
Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinə start verilib.
Diaqnostik qiymətləndirilməyə start verildi - 12 min müəllim iştirak edəcək

Bakı. Trend:

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinə start verilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, diaqnostik qiymətləndirilmə 25-30 aprel tarixlərində Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək.

Qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək. 5 gün ərzində Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər www.dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti