...

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Qaxa yetişib

Cəmiyyət Materials 26 Aprel 2017 16:17 (UTC +04:00)
Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qaxa yetişib.
Bakı-2017: "Xəzərdən başlayan səyahət" Qaxa yetişib

Bakı. Trend:

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qaxa yetişib. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Ram-Rama şəlaləsi ətrafında tədbir keçirilib. Şəlalələr Azərbaycanın müxtəlif dağlıq yerlərində müşahidə olunur. Onlar, çayların eroziyaya uğramış təpələrdən keçdiyi yerlərdə formalaşıb. Hündürlüyü təxminən 70 metr olan Ram-Rama şəlaləsi ölkədə ən hündür şəlalələrdən hesab olunur.

Su mərasimi, voleybol və rəqs həvəskarı Ayşən Hüseynova, yunan-Roma güləşi üzrə Avropa Çempionatının bürünc medal mükafatçısı Əli Əminzadə və sərbəst güləş üzrə SSRİ idman ustası Məmməd Qasımov tərəfindən şəlalədən səhəngə su doldurulması ilə nümayiş etdirilib. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qax rayonu Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirilib. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva də olub. Tədbir, iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Mərkəzi Parkda keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Tünzalə Ağayeva, Mirvari rəqs qrupu, “Pesvebi” rəqs qrupu, Arzu Dunusovanın ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Qax sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olunub.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən yunan-Roma güləşi üzrə Avropa Çempionatının bürünc medal mükafatçısı Əli Əminzadə deyib: “Bir idmançı olaraq bu mötəbər tədbirə töhfə verdiyim üçün qürur hissi duyuram. Oyunların timsalında, idman yarışları ilə yanaşı, sülhü, mükəmməlliyi və həmrəyliyi təbliğ etdiyimizə inanıram. Bu məsuliyyətli vəzifəni layiqincə icra etmək üçün əlimizdən gələni edəcəyik.”

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 27 aprel tarixində Qəbələ rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Xəzərdən Başlayan Səyahət haqqında daha ətraflı məlumatla, https://www.baku2017.com/en/p/journey-from-the-caspian veb-saytında tanış ola bilərsiniz.

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti